Partnyorluq etdiyimiz bəzi markalar:

Bürclər » Faydalı məlumatlar » Kondisionerlərin quraşdırılması


Kondisionerlərin quraşdırılması - 26 May 2026 - Çərşənbə axşamı
Kondisionerlərin quraşdırılması

Kondisioner quraşdırılması, köhnəsinin yerindən sökülüb çıxarılması, yer dəyişdirilməsi kənardan göründüyü qədər bəsit bir iş deyildir. Yüksək həssaslıq, kifayət qədər fiziki güc tələb edən bir məsələ olmaqla yanaşı, eyni zamanda məsuliyyətli prosesdir. Çünki kondisionerlər normalda hündür yerə quraşdırıldığı üçün, çox vaxt əldən düşmə şansı cəmi 1 dəfə olur. Yəni, bircə dəfə ehtiyatsızlıq sizi kondisionerin yenisini aldırmağa vadar edə bilər.

Bu kimi halların olmaması üçün sözsüz ki, hər işdə olduğu kimi, kondisioner məsələsində də işi öz peşəkarına həvalə etmək lazımdır. Qeyri peşəkar, kifayət qədər təcrübəsi olmayan şəxslər görəcəkləri iş üçün dedikləri qiymət sizə cəlbedici gəlsə də, əslində həmin məbləğin bir neçə misli sizdən çıxa bilər. 

Həmçinin, kondisioner quraşdırılarkən yer dəqiq hesablanmalıdır. Çünki əlverişsiz yer sizə istədiyiniz sərinlik effektini verməyə və normadan artıq elektrik istifadə edə bilər.

İşinizi qarantiyaya almaq və sürətli xidmətdən zövq almaq üçün, saytın yuxarı hissəsi yerləşən USTA ÇAĞIR düyməsinə basmaqla, işi biləninə həvalə edə bilərsiniz.

« Paylaş və iPhone X qazanmaq şansı əldə et!